
BAKI, 17 aprel. TELEQRAF
"Rusiya İranın nüvə proqramı ilə bağlı mübahisənin siyasi və diplomatik üsullarla həllinə töhfə verməyə hazırdır".
Teleqraf xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya İranın nüvə proqramı ilə bağlı problemin həlli üçün əlindən gələni etməyə hazırdır.
Qeyd edək ki, 2018-ci ildə İranla nüvə sazişindən birtərəfli qaydada çıxan ABŞ-nin Prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına hazır olduğunu deyib. İran Oman vasitəsilə məktuba cavab verib.
Aprelin 12-də İran və ABŞ Omanda dolayı danışıqlar aparıblar. Danışıqlar nəticəsində həm İran, həm də ABŞ tərəfləri danışıqların "müsbət və konstruktiv" olduğunu bəyan ediblər.
Tərəflər aprelin 19-da yenidən görüşəcəklərini açıqlayıblar.