BAKI, 11 aprel. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunda iştirak edən erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Badalyan əlavə edib ki, görüş bu gün baş tutacaq.
Bundan əvvəl Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında görüşün planlaşdırıldığını açıqlamışdı.