BAKI, 11 aprel. TELEQRAF
Rusiya Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov sərnişinlərə miqrant sürücülərin idarə etdiyi avtomobillərə minməkdən imtina etməyə imkan verən taksi aqreqator proqramlarının hazırlanması təklifi ilə çıxış edib.
Teleqraf xəbər verir ki, deputat bu barədə Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri Roman Starovoitə məktubla müraciət edib.
Millət vəkili müraciətində bildirib ki, son vaxtlar Rusiya Federasiyasında əcnəbi vətəndaşlar, o cümlədən taksi sürücüsü işləyənlər tərəfindən törədilən qanun pozuntularının sayında artım müşahidə olunur.
O, hesab edir ki, bu yenilik rusiyalıları əlavə təhlükəsizlik və taksi sürücüsü seçiminə nəzarət edəcək, bu da öz növbəsində neqativ halların sayını azaldacaq. Davankov qeyd edib ki, bu tədbirin həyata keçirilməsi taksilərdə işləyən Rusiya vətəndaşlarına dəstək olacaq, çünki sərnişinlər belə sürücülərin xidmətindən istifadə etməyə üstünlük verəcəklər.
Ekspertlər bildirirlər ki, miqrantların ictimai nəqliyyatda və taksi sürücüsü kimi işləməsinə qoyulan qadağa ilə bağlı məhdudiyyətlər qiymətlərin gözlənilməz artımına səbəb ola bilər.