BAKI, 11 aprel. TELEQRAF
Nyu-York yaxınlığında Hudson çayına düşən Bell 206 helikopterinin göyərtəsində Almaniyanın "Siemens" konserninin İspaniya filialının rəhbəri Aqustin Eskobar və ailəsi olub.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
"Fəlakət... İspaniyada "Siemens"in filial prezidenti və baş direktoru Agustin Escobar, həyat yoldaşı və üç uşağı öldü", məqalədə qeyd olunur.
Onların meyitləri tapılaraq sudan çıxarılıb.
Qəza nəticəsində 6 nəfər həlak olub . Nyu- York meriyası helikopterin Aşağı Manhettendən havaya qalxdığını bildirib. Polisin məlumatına görə, təyyarədə üç böyük və üç uşaq olub.