BAKI, 11 aprel. TELEQRAF
ABŞ nüvə danışıqları fonunda İran yaxınlığındakı hərbi mövcudluğunu artırır.
Teleqraf xəbər verir ki, bu barədə "Bild" saytındakə məqalədə qeyd olunur.
ABŞ ordusu İrandan təxminən 3800 km aralıda yerləşən Hind okeanındakı Dieqo Qarsiya aviabazasına altı B-2 Spirit strateji bombardmançı təyyarəsini yerləşdirib. Peyk görüntülərində uçuş-enmə zolağında təyyarələr, eləcə də digər hərbi texnika əks olunub.
Bu güclənmə İranla gərgin münasibətlər və onun nüvə proqramı ilə bağlı danışıqların bərpası fonunda baş verir. Prezident Donald Tramp bir daha İranın “heç vaxt nüvə bombasına malik olmamalı” olduğunu təkrar edərək, danışıqların nəticəsiz qalacağı təqdirdə “sərt addım atacağı” ilə hədələyib.
Bəzi media orqanları hesab edir ki, eskalasiya çox tezliklə baş verə və Tramp nüvə obyektlərinə hava zərbələri endirilməsi əmrini verə bilər.