BAKI, 10 aprel. TELEQRAF
“ABŞ və Panama Amerika hərbi gəmilərinin Panama kanalından prioritet və sərbəst keçməsi haqqında çərçivə sazişi imzalayıb”.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.
Məlumat ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.
O, kanalın Panamanın Çinlə deyil, ABŞ ilə birgə müdafiə etməli olduğu əsas sahə olduğunu deyib.
Tərəflər həmçinin regionda təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyətə dair anlaşma memorandumu imzalayıblar.