BAKI, 10 mart. TELEQRAF
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən astroloq Hilal Saraç azadlığa buraxılıb.
Teleqraf xəbər verir ki, bu barədə Saraç öz sosial şəbəkə hesabında açıqlama yayıb.
Qeyd edək ki, H.Saraç Miliyyətçi Hərəkat Partiyası lideri Dövlət Baxçalının da xəstəliyini ələ salmışdı.
H.Saraç bu ilin fervral ayında həbs olunub. Daha sonta o, sosial şəbəkə hesabından (ailəsi vasitəsilə - red.) paylaşdığı açıqlamasımda təhqiramiz fikirlərinə görə üzr istəyib və övladlarına qovuşmaq üçün hakimiyyətdən yardım diləyib.
O, həbsdən çıxandan sonra belə bir paylaşım edib: "Demişdim, ümidə qandal vurmaq olmaz. Şükür ki, azad edildim".