BAKI, 10 aprel. TELEQRAF
“ABŞ Avropadakı hərbi qüvvələrini yenidən bölüşdürərsə, Litva öz ərazisində əlavə Amerika kontingentini yerləşdirməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dovile Şakalene LRT telekanalında məlumat verib.
Nazir deyib: “Litvaya bölmələr yerləşdirmək niyyətində olsalar, hansı əlavə ərazilər və infrastruktur təklif edə biləcəyimizi hesablamışıq. Amerika hərbçiləri üçün yaxşı təlim bazası və hərbi texnikaya təhlükəsiz qulluq şəraiti yaratmaq planımız var”.