BAKI, 9 aprel. TELEQRAF

Bitkoinin qiyməti ticarətdə 6 faizdən çox artıb.

Teleqraf xəbər verir ki, buna ABŞ Prezidenti Donald Trampın bəzi ölkələrə əlavə qarşılıqlı idxal rüsumlarının 90 günlük dayandırıldığını elan etməsi səbəb olub.

Son məlumatlara görə, bitkoin sürətlə bahalaşaraq, 82,485 min dollar səviyyəsinə çatıb.