BAKI, 9 aprel. TELEQRAF
Bu gün Ukrayna ordusu iki Çin vətəndaşını əsir götürüb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti öz sosial şəbəkə hesabında məlumat yayıb.
Zelenski yazıb: "Bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri həmin əsirlərdən ifadə alıblar. Biz bu və digər Çin vətəndaşlarının Rusiya işğalçı ordusunun tərkibində iştirak etmələri ilə bağlı bütün faktları müəyyən etməyə çalışırıq. Ukrayna kəşfiyyatı da bu məsələ üzərində işləyir.
Hazırda əlimizdə Rusiya tərəfindən Ukraynaya qarşı müharibədə iştirak edən 150-dən çox Çin vətəndaşı haqqında dəqiq məlumat var".
Ukrayna prezidenti faktiki rəqəmlərin daha çox olduğunu deyib: "Ukrayna hesab edir ki, Çin vətəndaşlarının işğalçı müharibəsi zamanı Ukrayna ərazisində hərbi əməliyyatlara bu cür açıq şəkildə cəlb edilməsi müharibənin genişləndirilməsi istiqamətində düşünülmüş addımdır və Moskvanın sadəcə olaraq müharibəni uzatmaq niyyətinin növbəti göstəricisidir".