BAKI, 9 aprel. TELEQRAF
ABŞ 75-dən çox ölkəyə ticarət tariflərini 90 gün müddətinə dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp sosial şəbəkə hesabında bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, tariflərin dayandırılması dərhal qüvvəyə minir.
Yada salaq ki, D.Tramp ABŞ-nin Çinə qarşı tarifləri dərhal 125 faizə qaldıracağını bəyan edib. Onun sözlərinə görə, Çin “dünya bazarlarına hörmətsizlik” göstərib.