BAKI, 9 aprel. TELEQRAF
ABŞ administrasiyası dərhal Çinə ticarət tariflərini 125 faizə qədər artırır.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Birləşmiş Ştatların lideri deyib: “Çinin qlobal bazarlara hörmət etmədiyini nəzərə alaraq, mən ABŞ-nin Çinə tətbiq etdiyi tarifləri dərhal qüvvəyə minən 125 faizə qaldırıram”.