BAKI, 9 aprel. TELEQRAF
Dominikan Respublikasında məşhur musiqiçi Rubbi Peres gecə klubunun damının uçması nəticəsində dünyasını dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Mərkəzinin direktoru, general Xuan Manuel Mendez “RİA Novosti” agentliyinə bildirib.
Mendez deyib: “Bu, doğrudur. “Təəssüf ki, onun meyiti səhər tezdən tapılıb”.
Yada salaq ki, aprelin 7-nə keçən gecə Santo Dominqonun Müstəqillik prospektindəki “Jet Set” gecə klubunun damı qismən uçub. Hadisə zamanı azı 124 nəfərin öldüyü bildirilir. Ölkədə üç günlük matəm elan edilib.