İordaniyanın paytaxtı Əmmanda yerləşən "Royal Jordanian Airlines" aviaşirkəti 13 illik fasilədən sonra Dəməşqə uçuşları bərpa edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ərəb KİV-ləri xəbər verib.

Aviaşirkətə məxsus təyyarələr Kraliça Aliya Beynəlxalq Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına həftədə dörd uçuş həyata keçirəcək. Aprel ayından uçuşların sayı həftədə yeddiyə qədər arta bilərş

Qeyd edək ki, aviaşirkət Suriyadakı vətəndaş müharibəsi səbəbindən 13 il əvvəl Suriyaya uçuşları dayandırmışdı