
"SpaceX" şirkətinin rəhbəri İlon Maskın jesti ciddi müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, "Baza" nəşri onun fərqli izahını verib.
Böyük ehtimalla, milyader ABŞ-nin yeni prezidenti Donald Trampın kosmik proqramı barədə danışarkən "Salyut Bellami"dən istifadə edib.
Bu jest 1942-ci ilədək ABŞ bayrağına sədaqət andı zamanı tətbiq edilirmiş. Mask əlini iki dəfə ürəyinin üstünə sıxıb, sonra göyə qaldırıb, birinci dəfə izdihama tərəf dönüb, ikinci dəfə isə üzünü bayrağa tutub. Sadəcə, Mask bu jestdən sonra ABŞ bayrağına ucadan and içməyib.