Fransa Milli Assambleyası Demokratlar Partiyasının lideri Fransua Bayrunun rəhbərlik etdiyi hökumətə etimadsızlıq təklifinin əleyhinə səs verib.

Teleqraf.com xəbər verir ki, iclas palatanın internet saytında yayımlanıb.

Qətnaməni 577 deputatdan 131-i dəstəkləyib, etimadsızlıq səsverməsini təsdiqləmək üçün isə azı 289 səs lazım idi.