Rusiya qoşunları Ukraynanın Pokrovsk şəhərinin cənubunda yerləşən Novoolenovka kəndini işğal edib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Boris Rojin "Telegram" kanalında bildirib .

“Pokrovski istiqaməti Novoolenovka azad edilib”, - ekspert paylaşımında yazıb.

Bundan əlavə, ekspertin sözlərinə görə, rus qoşunları qəsəbənin cənubundakı Ukrainka kəndini də ələ keçirib. Rojin bildirib ki, rus qoşunları Novoelizavetovka kəndini də ələ keçirib.