“Gürcüstanda hər şey yaxşıdır, bəzi Avropa ölkələrindən fərqli olaraq parlament işləyir, hökumət çalışır, prezident dekabrın 29-da vəzifəsinin icrasına başlayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, böhranın olduğu Almaniya və Fransadan fərqli olaraq Gürcüstanda vəziyyət başqadır:

“Avropa İttifaqındakı bəzi məmurların adaptasiya ola bilmədikləri məhz budur. Məhz sabitlik onları belə qıcıqlandırır”.