ABŞ Maliyyə Nazirliyi Rusiyanın dörd şirkətinə qarşı sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

“ABŞ hökuməti bu təşkilatların hərəkətlərinin ABŞ-ın milli təhlükəsizliyinə və ya xarici siyasət maraqlarına zidd olduğunu müəyyən edib”, - sənəddə qeyd olunur.

Məhdudiyyətlər Aviasnab MMC, Horizont Səhmdar Cəmiyyəti, NtechLab və Video Analysis Technologies şirkətlərinə şamil edilir.