Türkiyənin Qaziantep vilayətinin Karkamış mahalının bələdiyyə sədri Mustafa Güzel Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.

Teleqraf.com xəbər verir ki, o, fəaliyyəti dönəmində CHP-dən dəstək ala bilmədiyini, buna görə istefa verdiyini açıqlayıb.

Güzel hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olacağını bəyan edib:

“Bundan sonra siyasi həyatımı Prezident Rəcəb Tayyib Ərdoğanın əmrində, Ədalət və İnkişaf Partiyasında davam etmək qərarına gəlmişəm”.

Bələdiyyə sədri bu qərarı mahalın maraqları üçün verdiyini vurğulayıb.