Fransanın Qrand- Est bölgəsində yerli hakimiyyət orqanları ukraynalı qaçqınlardan sosial evləri tərk etmələrini tələb edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.
Məlumata görə, qaçqınlara ilk mesajlar sentyabrın sonunda gəlməyə başlayıb. Eyni zamanda onlardan cari ilin oktyabrın 31-dək mənzilləri tərk etmələri xahiş olunub.
Nəşr onu da qeyd edib ki, son vaxtlar Avropa ölkələrində ukraynalı qaçqınlara dəstəyin zəifləməsi müşahidə olunur. Söhbət xüsusilə Macarıstan, Hollandiya, Norveç və Çexiyadan gedir.