Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya Baş naziri Corciya Meloni ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, liderlər Türkiyə-İtaliya münasibətləri, İsrail-Fələstin münaqişəsi, regional və qlobal məsələləri müzakirə ediblər.

İtaliya Türkiyəni 13-15 iyun tarixlərində keçiriləcək G7 sammitinə dəvət edib. Prezident Ərdoğan Baş nazir Meloni ilə telefon danışığında sammitə qatılacağını bildirib.