Belqorod və Belqorod vilayətində raket təhlükəsi elan olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında məlumat verib.
“Evdəsinizsə, pəncərələrə yaxınlaşmayın. Möhkəm divarları olan pəncərələri olmayan otaqlara (koridor, hamam, tualet) sığının. Küçədəsinizsə sığınacaq və ya başqa təhlükəsiz yerə enin”, - deyə rayon rəhbərinin açıqlamasında bildirilir.