Rusiya Xarici İşlər Nazirliyi Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətlərinin Qara dəniz taxıl təşəbbüsü üzrə mümkün görüş məsələsinin razılaşdırılmadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, TASS məlumat yayıb.

“Məsələ razılaşdırılmayıb”, - Rusiya XİN-dən bildirilib.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar mayın 5-də İstanbulda taxıl müqaviləsi ilə bağlı görüş keçirməyi planlaşdırdığını bildirmişdi.