Meksikanın Xeres-de-Qarsiya Salinas şəhərində bir qrup naməlum şəxs bara silahlı basqın edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat şəhər administrasiyasının "Facebook" səhifəsində yerləşdirilib.
Silahlıların barı atəşə tutması nəticəsində 7 nəfər həlak olub, 6 nəfər isə xəsarət alıb.
Regional prokurorluq silahlı insidentlə bağlı istintaq başladıb. Hadisə ilə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.
Şəhərin meri Xose Umberto Salazar Kontreras həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.