Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ankaranın noyabrın 19-da müddəti başa çatacaq taxıl sazişinin daha bir il uzadılmasını təklif edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, Ukrayna Türkiyə vasitəsilə Rusiyaya təhlükəsizlik təminatı verib və razılaşmanın daha bir il uzadılmasını təklif ediləcək.