Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə əlavə görüş keçirmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Hulusi Akar məlumat verib.
"Bir müddət sonra Sergey Şoyqu və ukraynalı dostlarımızla əlavə görüşümüz olacaq. Onların seçdikləri kadrları ən qısa zamanda mərkəzimizə göndərmələrini gözləyirik. Mərkəz fəaliyyətə başlayan kimi əməliyyatın ümumi koordinasiyası buradan həyata keçiriləcək", - deyə Türkiyə müdafiə naziri deyib.