Ukrayna taxılına dair dördtərəfli görüş keçirilib. Görüşdə İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi koordinasiya mərkəzinin yaradılması razılaşdırılıb.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Onun sözlərinə görə, dördtərəfli görüşdə limanın çıxış və gəliş məntəqələrində birgə nəzarətin həyata keçirilməsi, həmçinin transfer marşrutlarında naviqasiya təhlükəsizliyinin təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndə heyətləri növbəti həftə Türkiyədə yenidən görüşəcək və bütün detallar nəzərdən keçiriləcək.