2021-ci ilin ilk 8 ayında Ermənistanın Zvartnots beynəlxalq hava limanında (Şirak hava limanı 15 iyul-sentyabr ayları arasında bağlı olub) sərnişin axını 350.765 nəfər təşkil edib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu müddət ərzində hava yolu ilə Ermənistana 164 864 nəfər daxil olub. Ölkəni tərk edənlərin sayı isə 185 901 olub:
Yanvar ayında gələnlərin sayı 31 052 nəfər, gedənlər 33 244 nəfər.
Fevral ayında gələnlərin sayı 31901 nəfər, gedənlər 58297 nəfər.
Mart ayında gələnlərin sayı 42.283 nəfər, gedənlər 74.198 nəfər.
Apreldə Ermənistana 58.978 nəfər gəlib, 75.152 nəfər.
May ayında gələn vətəndaşların sayı 82 513, gedənlərin sayı 83 840 nəfər.
İyun ayında gələnlər 109.225, gedənlərin sayı 91.309 nəfər.
İyul ayında gələn vətəndaşların sayı 158.999, gedənlərin sayı isə 141.952 nəfər olub.
2021 -ci ilin 8 ayı ərzində Ermənistana 679 815 insan gəlib, 743 893 nəfər isə buranı tərk edib.
Ümumiyyətlə, 2021 -ci ilin 8 ayı ərzində yalnız hava yolu ilə gedən vətəndaşların sayı gələnlərdən 64 078 nəfər çox olub.