Koronavirusun müalicəsinə dair təlimatların yeni versiyasına alternativ müalicə sxemləri, bu yaxınlarda qeydiyyatdan keçmiş etiketdən kənar dərmanlar, yəni koronavirusla müalicəyə kömək etdiyi hələ təsdiqlənməyən preparatlar əlavə edilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Səhiyyə nazirinin birinci müavini Viktor Fisenko bildrib.

Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisləri koronavirus infeksiyasının müalicəsi ilə bağlı yeni metodik təlimat üzərində işi başa çatdırırlar. Hazırda bu ilin may ayında dərc olunan təlimatların 11-ci versiyası qüvvədədir.

“Bunlar əsasən artıq Rusiyada istifadə olunan dərmanlar olacaq, yeni qeydiyyata alınan dərmanlar ora əlavə ediləcək. Alternativ müalicə sxemləri, etiketdən kənar dərmanlar bura əlavə edilə bilər. Yəni söhbət təlimat xaricində olan, təsdiqini xarici mənbələrdə tapanlardan gedir”, - deyə Fisenko bildirib.