Bolqarıstanın şimal-qərbində 17 nəfərin həlak olması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsindən sonra daxili işlər naziri Valentin Radev, nəqliyyat naziri İvaylo Moskovski və regional inkişaf naziri Nikolay Nankov istefa veriblər.

Teleqraf.com xəbər verir ki, Bolqarıstan daxili İşlər naziri Valentin Radev, nəqliyyat naziri İvaylo Moskovski və regional inkişaf naziri Nikolay Nankov ölkənin şimal-qərbində avtobus baş verən 17 nəfərin həyatını itirdiyi qəzadan sonra istefaya gedib.

Məlumata görə, qəza zamanı xəsarət alanlardan 13 nəfər hələ də xəstəxanadadır.

Nazirlərə qarşı irəli sürülən ittihamlardan biri yolun keyfiyyətsiz çəkilişilə bağlı olub.

Qeyd edək ki, qəza şənbə günü İskar dərəsi rayonunda baş verib. Qəza zamanı sürücü idarəetməni itirərək avtobusu aşırıb. Bolqarıstan prokurorluğu sürücü Qriqor Qriqorova qarşı bir neçə maddə ilə cinayət işi açıb.