BAKI, 13 mart. TELEQRAF

İran Livanın Hizbullah hərəkatı ilə birlikdə ABŞ və İsrailə qarşı hərbi əməliyyatın 45-ci mərhələsinə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat verib.

İran dövlət televiziyasında yayılan bəyanatda deyilir: "Gerçək Vəd-4 Əməliyyatının 45-ci dalğası zamanı düşmən hədəflərinə qarşı çox sayda yüksək dəqiqlikli "Xeybarşekan" raketlərindən istifadə edilir".