BAKI, 25 fevral. TELEQRAF

Azərbaycan karateçisi Lalə Babazadə sərt cəzalanıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Teleqraf-a verilən məlumata görə, buna idmançı tərəfindən nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməmək səbəb olub.

Agentlik Babazadəyə 36 aylıq cəza tərtib edib. Sanksiyanın başlama tarixi 2025-ci il 25 dekabr tarixinə təyin olunub. Cəza müddəti 2028-ci il 24 dekabrda başa çatacaq.