BAKI, 22 noyabr. TELEQRAF
Sabiq orta çəki üzrə dünya çempionu Gennadi Qolovkin “World Boxing”in (“Dünya boksu”) prezidenti olacaq.
Teleqraf xəbər verir ki, 43 yaşlı idmançı 23 noyabrda keçiriləcək seçkilərdə iştirak edəcək qazanan yeganə namizəddir.
Qolovkin son döyüşündə 2022-ci ilin sentyabrında meksikalı Saul Alvarezə məğlub olub. O, peşəkar karyerasında keçirdiyi 45 döyüşün 42-də qələbə qazanıb, iki dəfə məğlub olub və bir heç-heçə edib.