BAKI, 9 avqust. TELEQRAF
Azərbaycanlı karateçi İrina Zaretska Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb.
Teleqraf xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda isveçrəli Elena Quiriciyə məğlub olub.
***
14:52
Çində keçirilən Dünya Oyunlarında Azərbaycan karateçisi İrina Zaretska finala yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
68 kq çəki dərəcəsində mübarizə aparan Zaretska həlledici görüşdə İsveçrə təmsilçisi Elena Quirici ilə qarşılaşacaq.