BAKI, 17 iyun. TELEQRAF
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçusu Elcan Hacıyev yarımfinal görüşünə çıxıb.
Teleqraf xəbər verir ki, 90 kq çəki dərəcəsində rəqib yaponiyalı dordqat dünya çempionu Qoki Tadzima olub.
Rəqibinə uduzan Hacıyev bürünc medal görüşündə iştirak edəcək. Onun rəqibi estoniyalı Klen Kristofer Kalyulayd olacaq.
*** 16:56
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçusu Elcan Hacıyev yarımfinala vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, 23 yaşlı idmançı 1/4 finalda çexiyalı Adam Kopeçkiyə ipponla qalib gəlib.
Hacıyev finala gedən yolda yaponiyalı dordqat dünya çempionu Qoki Tadzima ilə qarşılaşacaq.
*** 16:03
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında bu gün Azərbaycanın 2 cüdoçusu mübarizəyə qoşulub.
Teleqraf xəbər verir ki, bunlardan biri 90 kq çəki dərəcəsində yer alan yeniyetmələr arasında olimpiya çempionu Vüqar Talıbov olub.
O, 1/32 final mərhələsinə təsadüf edən ilk görüşündə gürcüstanlı Luka Maisuradze ilə üz-üzə gəlib. Qarşılaşma Maisuradzenin qələbəsi ilə yekunlaşıb. Bununla da Talıbov çıxışını erkən başa vurub.
Azərbaycanın daha bir cüdoçusu - 2024-cü ilin Avropa çempionu Elcan Hacıyev isə mübarizəyə 1/16 final mərhələsindən başlayıb. 23 yaşlı idmançı əvvəlcə özbəkistanlı Nurbek Murtozoyevi üstələyib. Növbəti mərhələdə o, Çin Taypeyindən olan Penq-Yu Çen ilə üz-üzə gəlib.
Rəqibini ipponla məğlub edən Hacıyev 1/4 finala yüksəlib. Onun rəqibi çexiyalı Adam Kopeçki olacaq.