BAKI. 16 iyun. TELEQRAF

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın bir cüdoçusu mübarizə aparacaq.

Teleqraf xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev tatami üzərinə çıxacaq.

Onun ilk görüşü 1/16 final mərhələsinə təsadüf edəcək. Rəqib polşalı Pavel Drjimal və çinli Jianqnan Vanq arasındakı qarşılaşmanım qalibi olacaq.

Dünya çempionatı
16 iyun
81 kq

1/16 final. Zelim Tçkayev - Pavel Drjimal (Polşa) / Jianqnan Vanq (Çin) cütünün qalibi

Qeyd edə ki, indiyədək fərdi mübarizədə Azərbaycanın 4 qadın cüdoçusunun hamısı mübarizəni erkən dayandırıb. Eyni sayda kişi cüdoçudan isə yalnız Rəşid Məmmədəliyev (73 kq) 1/4 final mərhələsinədək irəliləyərək, 7-ci yerlə kifayətlənib.