BAKI. 15 iyun. TELEQRAF

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında təsəlliverici görüşə çıxıb.

Teleqraf xəbər verir ki, rəqib yaponiyalı Tatsuki İşihara olub.

Rəqibinə üç cərimə xalı ilə uduzan Məmmədəliyev mundialı 7-ci pillədə başa vurub.

Beləliklə, Azərbaycan cüdoçuları üçüncü yarış gününü də medalsız başa vurub. İndiyədək yığma üzvlərindən 8-i (5 kişi, 3 qadın) çıxışını başa vurub.

*** 17:18

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, rəqib Serbiya təmsilçisi Baysanqur Baqayev olub.

Rəqibinə uduzan Məmmədəliyev mübarizəni təsəlliverici görüşdə davam etdirəcək. Onun rəqibi yaponiyalı Tatsuki İşihara olacaq.

*** 16:37

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın daha 2 cüdoçusu çıxışını medalsız başa vurub.

Teleqraf xəbər verir ki, qadınların mübarizəsində 57 kq çəki dərəcəsində yer alan Fidan Əlizadə 1/16 finala təsadüf edən ilk görüşündə serbiyalı Marika Perişiçə uduzub.

Kişilər arasında 73 kq çəkidə isə Azərbaycanı 2 cüdoçu təmsil edib. Onlardan olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərov Portuqaliya cüdoçusu Otari Kvantidzeyə uduzub.

Yalnız Rəşid Məmmədəliyev mübarizəyə qələbə ilə başlayıb. O, 1/16 finalda BƏƏ təmsilçisi Kazbek Naquçevi üstələməyi bacarıb. 1/8 finalda isə rəqib gürcüstanlı olimpiya, ikiqat dünya və dördqat Avropa çempionu Laşa Şavdatuaşvili olub. Rəqibinə qalib gələn Məmmədəliyev növbəti mərhələyə yüksəlib.

1/4 finalda rəqib Serbiya təmsilçisi Baysanqur Baqayev olacaq.