BAKI, 8 iyun. TELEQRAF

ABŞ-nin Nyuark şəhərində UFC-316 turniri keçirilib.

Teleqraf xəbər verir ki, gecənin əsas döyüşündə ağır çəki dərəcəsində çempion Merab Dvalişvili keçmiş titul sahibi Şon O'Melli ilə revanş qarşılaşmasında üz-üzə gəlib.

Mübarizə “Şimal-Cənub” təslimatı ilə üçüncü raundda Dvalişvilinin qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, onların ilk döyüşü 2024-cü ilin sentyabrında baş tutub. Həmin vaxt Gürcüstandan olan döyüşçü yekdil qərarla qələbə qazanıb.

Dvalişvili üçün bu, karyerasının 20-ci qələbəsidir. O'Melli 21 döyüşdə 3-cü dəfə uduzub.

Qeyd edək ki, iyunun 21-də Bakıda UFC turniri təşkil olunacaq.