BAKI, 23 may. TELEQRAF

Rusiyada boks üzrə Qələbə Kubokuna start verilib.

Azərbaycan Boks Federasiyasından Teleqraf-a verilən məlumata görə, yarışa “Bakı” adı altında qatılan Azərbaycan millisi turnirə 1/4 final mərhələsindən başlayıb.

Permdə keçirilən yarışda Azərbaycan komandasının rəqibi “Ural” olub. “Bakı” görüşü 3:2 hesabı ilə xeyrinə bitirib. 4 raunddan ibarət qarşılaşmalarda milli komandanın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi və Məhəmməd Abdullayev Aleksandr Dorofeyevi məğlub edib.

“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.