
BAKI, 7 aprel. TELEQRAF
Bakıda Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən “Azərbaycan Karate Təşkilatı”nın təşkilatçılığ ilə Qran Pri keçirilib.
Teleqraf xəbər verir ki, turnirin açılış mərasimində AKF-nin prezidenti Ülvi Quliyev çıxışında Azərbaycanda karate idman növünün sürətlə inkişaf etdiyini və bu kimi beynəlxalq yarışların təşkilinin bu inkişafın bariz nümunəsi olduğunu qeyd edib.
Qran Pridə 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak edib. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub.
Yarışın sonunda ümumi nəticələrə əsasən, Azərbaycan komandası medal sıralamasında birinci yerə yüksəlib. Qazaxıstan karateçiləri ikinci, Türkiyə isə üçüncü yerə layiq görülüb.