
BAKI, 6 aprel. TELEQRAF
UFC döyüşçüsü Henri Sexudo karyerasını bitirəcək.
Teleqraf xəbər verir ki, bu barədə 38 yaşlı idmançı "Helen Yee Sports"a müsahibəsində deyib.
İki çəki dərəcəsində sabiq UFC çempionu sonuncu döyüşünü keçirmək fikrində olduğunu bildirib: "Bu, mənim son döyüşüm olacaq. Buradan sağ-salamat ayrılmaq istəyirəm. 33 yaşımda döyüşlərə pauza verməyim düzgün qərar idi. İndi hiss edirəm ki, son döyüşüm qalıb. Bir az daha çox pul qazanmaq istəyirəm".
Qeyd edək ki, Henri Sexudo son üç qarşılaşmasında Alcameyn Sterlinq, Merab Dvalişvili və Sun Yaduna məğlub olub.