BAKI, 12 mart. TELEQRAF

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın Niş şəhərində qadınlar arasında keçirilən dünya çempionatında mərhələ adlayıb.

Teleqraf xəbər verir ki, 48 kq-da mübarizə aparan Anaxanım İsmayılova döyüşmədən 1/4 finala yüksəlib.

Buna səbəb onun rəqibi Sbusisivi Fivokulenin (CAR) görüşdən imtina etməsi olub. Nəticədə İsmayılova qalib elan edilib.

Qeyd edək ki, mundialda bu gün daha 2 Azərbaycan boksçusu rinqə çıxacaq.