.jpg)
BAKI, 11 mart. TELEQRAF
Azərbaycanın qadın boksçusu Marjona Savriyeva Serbiyanın Niş şəhərində keçirilən dünya çempionda mübarizəni dayandırıb.
Teleqraf xəbər verir ki, 50 kq çəki dərəcəsində yarışan Savriyeva 1/8 final mərhələsində bolqarıstanlı Zlatislava Çukanovaya 0:5 hesabı ilə məğlub olub.
Marjona Savriyeva 1/16 final mərhələsində rumıniyalı Mihaela Badesku üstələmişdi.
Qeyd edək ki, bu gün 54 kq-da mübarizə aparan Zeynəb Rəhimova 1/8 final mərhələsində Kim Anh Vo Thi ilə qarşılaşacaq. O, öncəki raundda ermənistanlı Yekaterina Sıçeva üzərində qələbə qazanıb.