BAKI, 9 mart. TELEQRAF

ABŞ-nin Las-Veqas şəhərində UFC 313 turniri keçirilib.

Teleqraf xəbər verir ki, gecənin əsas döyüşü Aleks Pereyra və Maqomed Ankalayev arasında baş tutub.

Rusiyalı Ankalayev yekdil qərarla (49-46, 48-47, 48-47) qalib gələrək ilk dəfə UFC çempionu olub.

33 yaşlı idmançı 2022-ci ilin dekabrında da kəmər uğrunda döyüşüb. O, həlledici qarşılaşmada Yan Blaxoviçlə heç-heçə edib.

Qeyd edək ki, Maqomed Ankalayev Rusiyanın 5-ci UFC çempionudur. Ona qədər Oleq Taktarov, Həbib Nurmaqomedov, Petr Yan və İslam Mahaçev kəmər sahibi olublar.