BAKI, 13 iyul. TELEQRAF
D-8 Media Mükəmməlliyi Mərkəzi məşvərət qurumunun ilk iclasını bu il Bakıda keçirəcəyik.
Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu “Media Mükəmməllik Şəbəkəsi”nin Baş direktoru Fuad Mərdiyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "D-8 Media Mükəmməlliyi Mərkəzinin Strateji Çərçivəsinin Təqdimatı" adlı tədbirdə deyib.
O bildirib ki, D-8 qurumunun üzv dövlətləri ilə birlikdə illik məşvərət iclası keçirməklə fəaliyyət planı işlənib hazırlanacaq.
"Uzunmüddətli uğura nail olmağımız davamlı fəaliyyətə və bilikləri bölüşməyimizə bağlıdır. Buna görə dialoqlar, inkişaf proqramları, yüksək səviyyəli təlimlər və çoxtərəfli layihələr hazırlayacağıq. Mərkəzimiz regional bilik mərkəzi kimi fəaliyyət göstərəcək. Bütün təşəbbüslər uzunmüddətli fəaliyyətə xidmət edəcək. Media Mükəmməlliyi Mərkəzi daha böyük bir qurumu, bölüşdürülən öhdəliyi ifadə edir", - o vurğulayıb.