BAKI, 17 iyun. TELEQRAF
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar.
Teleqraf xəbər verir ki, iclas iştirakçılarına həyata keçirilən layihələrin bölgənin sosial-iqtisadi inkişafına töhfəsi barədə məlumatlar təqdim olunub.