BAKI, 20 oktyabr. TELEQRAF

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova vəzifəsindən azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xəyalə Xalıqverdi qızı Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad olunub.