BAKI, 15 oktyabr. TELEQRAF

Mərkəzi Seçki Komissiyasının (MSK) seçki tarixi ilə bağlı kitab hazırlayır.

Teleqraf xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O bildirib ki, nəşr 1875-2025-ci illərdə keçirilən seçkilər haqda məlumatları əhatə edir.

"150 il müddətində Azərbaycanda keçirilən seçkilər həmin nəşrdə əks etdirilib", - sədr əlavə edib.