Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, görkəmli bəstəkar, ictimai xadim Sevil Əliyevanın oktyabrın 12-də 70 yaşı tamam olur.
Ümummilli lider Heydər Əliyev qızı Sevil Əliyeva SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyasının fəxri prezidenti olmaqla yanaşı, “Space” Televiziyasının da qurucusudur.